Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

20:27 | 21.10.2020
Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

Azərbaycan Prezidenti İlham Əliyev ordumuz tərəfindən İlham Əliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının 22 yaşayış məntəqəsinin  işğaldan azad edilməsi ilə bağlı "Twitter” hesabında paylaşım edib.
Prezident bildirib:
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.

Bundan əlavə, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edilmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb