Daha bir qiymət artımı - Azərbaycanda

09:00 | 23.10.2016
Daha bir qiymət artımı - Azərbaycanda

Daha bir qiymət artımı - Azərbaycanda

Daş satanlar necə deyərlər, müştəri üzünə həsrət qaliblar, amma buna baxmayaraq daşın qiyməti artıb. Daş yüklü maşınlar isə günlərdir yerindən tərpənmir. Pirşağı daş bazarında alıcı sarıdan durğunluq müşahidə olunur.

ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, günlərdir müştəri gözləyən satıcıların bir çoxu elə maşınlarda gecələyir.

Ancaq təlabat az olsa da daşın qiyməti artıb.

Adətən təlabatın azalması qiymətlərə təsir edir. Alıcı qüvvəsinin zəif olduğunu nəzərə alan satıcılar qiymətlərdə endirim edirlər. Satıcılar qiymət artımını xərcin çoxalması ilə əlaqələndirirlər.

1 yük maşınına 800-ə yaxın daş yığılır. Daşın sayından asılı olaraq qiyməti 250-300 manat arasında dəyişir.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb