DB: Daxili kapital qoyuluşlarını özəl sektora yönəldin

23:02 | 07.09.2016
DB: Daxili kapital qoyuluşlarını özəl sektora yönəldin

DB: Daxili kapital qoyuluşlarını özəl sektora yönəldin

Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafında və ona investisiyaların təşviqində Azərbaycanı dəstəkləməyə hazırdır.

Bunu IFC-nın Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen Bakıda investisiya mühiti, investisiların təşviqi və qorunmasına həsr olunmuş seminarda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan üçün təkcə birbaşa xarici investisiyaları cəlb etmək deyil, həm də daxili kapital qoyuluşlarını özəl sektora təşviq etmək vacibdir: "Hazırda əsas vəzifələrdən biri daxili investisiyaların axını, xarici və daxili investorlar üçün eyni şəraitin yaradılması məqsədilə mümkün maneələrin aradan qaldırılmasıdır. Bu, ölkəyə iqtisadiyyatını şaxələndirməyə, iş yerlərinin sayını artırmağa və ölkənin fiskal balansını təkmilləşdirməyə imkan verəcək". //trend.az


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb