DİP fəalları “Cənubi Qafqazın III Gənc Siyasətçilər Forumu”na qatılıb

17:03 | 02.04.2015
DİP fəalları “Cənubi Qafqazın III Gənc Siyasətçilər Forumu”na qatılıb

DİP fəalları “Cənubi Qafqazın III Gənc Siyasətçilər Forumu”na qatılıb

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının fəalları Cəmilə İbrahimova və Nərmin Şamilova Gürcüstanın Kutaisi şəhərində keçirilən "Cənubi Qafqazın III Gənc Siyasətçilər Forumu”nda iştirak ediblər. 

Partiyanın Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, forumda "Cənubi Qafqazda partiyalararası əməkdaşlıq”, "Sosial media və elektron hökumətin partiya siyasətindəki rolu”, "Qlobal inkişafın Cənubi Qafqaz və Ukraynaya təsirləri", "Cənubi Qafqaz və Ukraynada demokratikləşmə", "Pul və siyasət" mövzularında müzakirələr keçirilib.

Nərmin Şamilova "Cənubi Qafqaz və Ukraynada demokratikləşmə" mövzusunda məruzə edib.

Foruma Azərbaycan, Gürcüstan, Ukrayna və Ermənistandan siyasi partiyaların və parlamentlərin nümayəndələri qatılıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb