Dmitri Kramarenko: ""Neftçi"nin kuboku götürmək şansı var" - RƏY

11:51 | 23.05.2016
Dmitri Kramarenko:

Dmitri Kramarenko: ""Neftçi"nin kuboku götürmək şansı var" - RƏY

Rüstəm Qasımov

25 mayda Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan kuboku uğrunda matçda "Neftçi" və "Qarabağ" klubları üz-üzə gələcəklər. ANN.Az bu münasibətlə bir zamanlar Azərbaycan millisinin və "Neftçi" klubunun qapısını qorumuş, hazırda "Neftçi"də qapıçı məşqçisi kimi işləyən Dmitri Kramarenkoyla söhbətləşib: 

- Dmitri, qarşıdakı matçla bağlı fikirlərinizi bilmək istərdik. 

- Məndə xoş emosiyalar var, axı sevinmli komandam Azərbaycan kubokunun finalına çıxıb, biz hazırda Azərbaycanın ən güclü komandası "Qarabağ"la oynayacağıq. Fikrimcə, oyun çox maraqlı və gərgin keçəcək. Çox istərdim ki, Tofiq Bəhramov stadionun tribunaları bəs deyincəyə qədər dolsun, axı bu səs-küylü matçdır: "Neftçi" və "Qarabağ" oynayır. Dolu stadionda oynamaq - bu gözəl hissdir. Təəssüf ki, bu gün Azərbaycan liqasına və kubokuna azarkeşlərin marağı bizim istədiyimiz səviyyədə deyil. Ancaq bu matç istisnadır, ona görə də inanıram ki, stadion dolu olacaq. 

- "Neftçi" üçün bu oyunu qazanmaq nə qədər vacibdir? 

- Əlbəttə, ölkə kubokunu qazanmaq vacib qələbədir. Xoşbəxtlikdən, son liqa və kubok oyunlarında biz qələbələri sıralamışıq. Şübhəsiz bu qələbənin dadı xüsusilə gözəl olacaq, bizim öz potensialını sübut etməyə can atan gənc komandamız var. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün komandamızın heyətinə daxil olanlar yerli azərbaycanlı futbolçulardır. İslahatlar öz sözünü deyir və biz məmnunuq. Məhz onlar gələcəkdə klubun əsas heyətini formalaşdıracaqlar. 

- "Neftçi"nin qələbəyə şansı nə qədərdir?  

-  Bilirsinizmi, bu finaldır və finalda hər şey ola bilər. "Qarabağ"ın çox güclü və oturuşmuş heyəti var və onlar gözəl oyun sərgiləyirlər. "Neftçi"nin heyəti isə gəncdir və formalaşma mərhələsindədir. Son oyunlar göstərdi ki, komanda çox şeyə qadirdir. Vəli Qasımovun gəlişindən sonra müəyyən dəyişikliklər baş tutub, oyunda taktika və digər xüsusiyyətlər dəyişib, bu da oyun səviyyəsinə yaxşı təsir edib. Bütün bu sadaladıqlarımı nəzərə alsaq, "Nefçi"nin qalib gəlmək şansları var! Fubolçuların potensiallarını ortaya qoyacaqlarına şübhə etmirəm, qalan məsələ isə Allaha qalıb. 

- Sonda oyun barədə proqnozunuzu bilmək maraqlı olardı? 

-  Mən proqnozlar vermək tərəfdarı deyiləm, xüsusilə belə oyunlar barədə. Fikrimcə, oyun hər şeyi göstərəcək. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb