Donetskdə ATƏT maşınları yandırıldı

13:46 | 10.08.2015
Donetskdə ATƏT maşınları yandırıldı

Donetskdə ATƏT maşınları yandırıldı

Ukraynanın şərqindəki Donetsk şəhərində ATƏT-in xüsusi monitorinq missiyasına məxsus 4 zirehli maşın yandırılıb. Missiya avqustun 9-da tvitter hesabında yazıb ki, maşınlar gecə missiyanın Donetskdəki iqamətgahında hücuma məruz qalıb. Missiya detalların açıqlanacağını bildirib.

Xüsusi Monitorinq Missiyası avqustun 7-də yaydığı hesabatında Donetsk aeroportunda və ətrafında atəşkəs pozuntularının "ciddi artdığını” bəyan edib.

Monitorinq missiyası fevralda imzalanmış Minsk atəşkəs sazişinin yerinə yetirilməsinə nəzarət edir. Saziş Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında imzalanıb.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM