Dünya Bankı Azərbaycana kredit verəcək

16:48 | 30.06.2016
Dünya Bankı Azərbaycana kredit verəcək

Dünya Bankı Azərbaycana kredit verəcək

Dünya Bankı (DB) 2016-cı maliyyə ilində (2015-ci ilin iyulun 1-dən 2016-cı ilin 30 iyun tarixinə qədər) Azərbaycana 207 milyon dollara yaxın kreditin verilməsini təsdiqləyib. 

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan”a bankdan bildiriblər. 

"DB 2016-cı maliyyə ilində 2015-ci maliyyə ilində verilən 300 milyon dollara qarşı Azərbaycana 207 milyon dollara yaxın kreditin verilməsini təsdiqləyib”, - bankdan bildiriblər.  

Ümumilikdə, 2011-2016-cı illərdə DB Azərbaycana 892 milyon dollar məbləğində kreditin təqdim edilməsini təsdiqləyib. 

2016-cı maliyyə ilində DB Azərbaycana iki əlavə: Bakı-Şamaxı yolunun genişləndirilməsinə 140 milyon və "Məcburi köçkünlərin gəlirlərinin artırılması və həyat şəraitinin yaxşılaşdırılmasına dəstək” layihəsiniə 66,7 milyon dollar kreditin verilməsini təsdqiləyib. 

Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. DB indiyə qədər 55 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3 milyard dollalrdan artıq kredtin ayrılmasını təsdiqləyib. Hazırda 11 layihə həyata keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb