Anews.az xəbər verir ki, bu barədə Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (İİSS) adlı beyin mərkəzinin hesabatında bildirilir.
Həmin məbləğin 40 faizi, yəni 738 milyard dolları ABŞ-ın payına düşür.
Bu artımın üçdə ikisi iki ölkənin payına düşür. Belə ki, ABŞ-da müdafiə məsrəfləri 6,3 faiz, Çində isə 2019-cu ildəki 5,9 faizə qarşı hesabat ilində 5,2 faiz artıb. Həmçinin Çin hərbi donanmasına yönələn məsrəfləri də dünyada, xüsusilə Asiyada müdafiə məsrəflərinin artmasına təsir göstərib. Avropada isə artım 2 faiz təşkil edib.
Qarşıdakı dövrdə ABŞ müdafiə büdcəsinin sabitləşməsi, Asiya – Pasifik regionu ölkələrində isə artımın səngiməsi hətta Avropada artımın davam edəcəyi təqdirdə belə 2021-ci ilin yekununda dünyada müdafiə məsrəflərinin artımı zəifləyə bilər.
Qeyd edək ki, 2019-cu ildə dünyada müdafiə məsrəfləri rekord hədd olan 4 faizlik artım göstərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !