Dünyanın ən ekstremal bankomatları - FOTOLAR

11:46 | 19.10.2016
Dünyanın ən ekstremal bankomatları - FOTOLAR

Dünyanın ən ekstremal bankomatları - FOTOLAR

Ola bilsin, gələcəkdə nağd puldan istifadə etməyi tamamilə dayandıracağıq və bankomatlar artıq vacib ödəniş infrastrukturu rolunu oynamayacaq. Lakin hələ ki, bankomatdan dünyanın ən ucqar ərazilərində belə istifadə olunur. Antarktidadan tutmuş Avstraliya səhralarına qədər.

ANN.AZ banker.az-a istinadən xəbər verir ki, ilk bankomat 1967-ci ildə Enfilddə Barclays bankda peyda olub. Con Şeperd-Barron-un ixtirası olan bu bankomat ilk vaxtlar plastik kartlar qəbul etmirdi. Nağd vəsaitləri isə xüsusi çeklər vasitəsilə əldə etmək mümkün idi.

Hazırda dünyada mövcud olan bankomatların sayı 3 milyondan çoxdur. Bankomat istehsalçıları assosiasiyası ATM quraşdırmaq üçün dünyanın ən ekstremal məkanlarını təqdim edib.

1.Wells Fargo bankının bankomatları Cənub qütbünün yaxınlığında Mak-Merdo stansiyasının içərisində quraşdırılıb. Bu bankomatlar 1000-ə yaxın əhalini pul vəsaitləri ilə təmin edir
 
 
 
2. Baffin torpağında yerləşən Arctic Moolah bankomatı 800 sakinə xidmət edir.
 
 
3. Bu bankomatlar isə Avtraliya səhrasında Tjuntjuntjara aborigen icmasına xidmət edir. Bu yaşayış məskəni Perta-dan 1150 km uzaqlıqda yerləşir. Bankomat ayda təqribən 500 tranzaksiya həyata keçirmək üçün peyk əlaqəsindən istifadə edir.
 
 
Həmçinin, dünyanın ən ekstremal ərazilərində yerləşən bankomatlar sırasına Hunza dərəsi (Pakistan) və Çində "Qadağan olunmuş şəhər” saray kompleksi də daxildir.
 
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb