Əhaliyə şad xəbər: Prezident sərəncam imzalayacaq

19:09 | 05.05.2019
Əhaliyə şad xəbər: Prezident sərəncam imzalayacaq

Əhaliyə şad xəbər: Prezident sərəncam imzalayacaq

"2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq”.

Bunu baş nazirin müavini Əli Əhmədov ATV-yə müsahibəsində deyib. O, bildirib ki, ikinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaq.

"Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb