• $
  • €
  • ₽
  • ₺
  • £

Müştərilərimiz Bankımıza pulsuz gələcək!

Müştərilərimiz Bankımıza pulsuz gələcək!
20.08.2015 15:38
Fəaliyyətini müştəri məmnuniyyəti üzərində quran Bank of Baku UBER şəxsi sürücü xidməti ilə Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində birgə aksiya keçirdi.

Aksiyanın şərtlərinə əsasən facebook.com/bankofbaku səhifəsində 17 Avqust saat 09:00-dək Uber postunu paylaşan hər kəsə Bank of Baku-nun Bakı daxili filiallarına getmək və gəlmək üçün cəmi 2 gediş pulsuz verildi.

Aksiya müştərilər tərəfindən böyük maraqla qarşılandı.3 gün ərzində davam edən aksiyada 330 nəfər Uber postunu paylaşdı. Bu gündən etibarən postu paylaşan hər müştəriyə ardıcıllıqla promo kodlar göndəriləcək.

İstifadə qaydası: Uber proqram təminatını öz mobil telefonunuza yükləyirsiniz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra menyuda "promo" hissəsinə daxil olursunuz və Sizə verilən promo kodu daxil edirsiniz. Banka gəlmək üçün filial ünvanını seçirsiniz və Uber X-i sifariş edirsiniz. Sizə verilən promo kodları (Promo kodlar 17 Avqust 09:00-dək paylaşım edənlərə verilib) proqram təminatına daxil edib, 2 gedişi pulsuz əldə edirsiniz. Qeyd edək ki, Pulsuz verilən gedişlərdən 1 Sentyabra qədər istifadə edə bilərsiniz.

Promo kod yalnız yeni istifadəçilərə aiddir. MC Bolkart və Bank of Baku-nun digər kredit/debet kartları ilə qeydiyyatdan keçmək mümkündür. Kart məlumatlarının daxil edilməsi yalnız qeydiyyat üçün tələb edilir. Promo kodu daxil etdikdən sonra, cəmi 2 dəfə PULSUZ UBER X xidmətindən istifadə etmək mümkündür.

Qeyd edək ki, Bank of Baku müştərilərin məmnunluğu üçün daima öz rəsmi səhifəsində partnyorlarla birlikdə müsabiqələr və müxtəlif aksiyalar keçirir. Sosial şəbəkələrdə bizi izləyərək Siz də yeniliklərdən xəbərdar ola bilərsiniz.

Ətraflı məlumat üçün: www.facebook.com/bankofbaku www.bankofbaku.com

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol