• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bir neçə marşurut xətti dəyişdirildi - VİDEO

Bakıda bir neçə marşurut xətti dəyişdirildi - VİDEO
05.09.2015 10:08
"Xətlər ilə bağlı bütün şikayət araşdırılır, təkliflər nəzərdən keçirilir".

Nəqliyyat Nazirliyi paytaxt avtobuslarında bəzi təkmilləşdirici addımlar atıb. Bir neçə avtobusun marşrut xətti dəyişdirilib.

ANS TV-nin məlumatına görə, Nəqliyyat Nazirliyi Bakı şəhərinin marşurut xətlərində təkmilləşdirmə aparılması məqsədilə 62, 70 və 92 saylı avtobus marşrut xətlərində dəyişiklik edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 62 saylı marşrutun xəttindəki dəyişiklikdən sonra sentyabrın 1-dən avtobuslar Sabunçu qəsəbəsindən başlayaraq, Z.Bünyadov prospekti və sonra mövcud xətt ilə hərəkət edəcək.

70 saylı marşrutun xəttindəki dəyişikliyə görə, avtobuslar "Neftçilər” metro stansiyası, Q.Qarayev prospekti - Vəliyev, Abbasov, Əliyev küçələri, eləcə də elektrik qatarlarının Deposunadək və əks istiqamətdə hərəkət edəcək.

92 saylı marşrutun xəttində edilən dəyişikliyə görə, sentyabrın 3-dən etibarən avtobusların hərəkəti Yeni Avtovağzal - Sumqayıt şossesi, Moskva prospekti - Mustafayev, Cavadxan küçələri və "M.Əcəmi” metro stansiyası, sonra mövcud xətt ilə hərəkət edəcək. 

"Lökbatan qəsəbə sakinlərin müraciətləri əsasında xəttə 124 saylı maşrut avtobusu buraxılıb. 124 saylı avtobus Lökbatan qəsəbəsində başlayaraq son dayanacq, eyniylə Mikayıl Hüseynov prospekti və Oktay Abbasov küçəsindəki kəsişməyə kimi olacaq. Əgər sakinlər hansısa maşrut xətti ilə bağlı müraciət edirlərsə, o zaman Nəqliyyat Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırma aparılır. Nəticədə həmin istiqamətdə maşrut xəttinə ehtiyac olarsa, təbii ki, həmin maşrut avtobusun xəttində dəyişiklik edilir və xətt uzadılır”, - deyə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. 

Eyni zamandan Səbail rayonu sakinlərinin "Sədərək” ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çoxsaylı müraciətlərini nəzərə alaraq, hərəkət cədvəli "Sədərək” ticarət mərkəzi - Salyan şossesi, Bibiheybət məscidi - 20-ci sahə, Bibiheybət yolu - Useynov və Abbasov küçələrinin kəsişməsindən dönməklə yeni 120 saylı marşrut xətti təşkil edib.

Qurumdan verilən məlumata görə, sakinlər tərəfindən marşrut xətlərilə bağlı edilən bütün şikayət araşdırılır, təkliflər nəzərdən keçirilir və qiymətləndirili.
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol