• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
23.09.2015 17:28
Bu ilin sentyabrın 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,21 faiz artıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Oxu.Az-a verilən məlumata görə, avqust ayı ərzində əlavə olaraq 558 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 175 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3 faizini (23 114 nəfər) kişilər, 11,7 faizini (3 061 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 326 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 873 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 546 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (954), Hindistan (881), Çin Xalq Respublikası (837), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (532), Pakistan İslam Respublikası (520), Ukrayna (378), Banqladeş Xalq Respublikası (345), Özbəkistan (264), Almaniya Federativ Respublikası (231), ABŞ (220), Filippin Respublikası (220), Türkmənistan Respublikası (205), Qazaxıstan Respublikası (196), Koreya (188), İtaliya Respublikası (184), və s. ölkələr qərarlaşıb.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol