• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın bank sektoru MDB-də 4-cü yerdədir"

"Azərbaycanın bank sektoru MDB-də 4-cü yerdədir"
02.10.2015 14:30
Azərbaycan MDB məkanında bankların böyüklüyünə görə 4-cü sıradadır.

"Report" xəbər verir ki, "Rossiya Seqodnya" media qrupuna daxil olan "RİA Reytinq" agentliyinin MDB ölkələrinin bankları üzrə apardığı növbəti araşdırmanın nəticələrinə əsasən, bu siyahıya Birlik dövlətlərinin 200 ən iri bankı daxil edilib. Əvvəlki illərdə olduğu kimi Rusiya reytinqdə ən çox sayda (60,5%) bankla təmsil olunub. Sonrakı yerləri Qazaxıstan (10,5%), Ukrayna (9,5%) və Azərbaycan (5%) tutub.

Qeyd edək ki, devalvasiya nəticəsində Rusiya 2014-cü ilin yekununda 2013-cü ilin nəticələri ilə müqayisədə reytinqdəki banklarının sayı azalaraq 130-dan 122-yə, Ukrayna üzrə isə 27-dən 18-ə düşüb. Bu səbəbdən, 2014-cü ilin yekununda bank aktivləri 100 mlrd. dollara yüksələn Qazaxıstan 84 mlrd. dollarlıq bank aktivləri olan Ukraynanı keçib və 2-ci sırada qərarlaşıb. Ekspertlər bildirir ki, Rusiya və Ukrayna banklarının sayının reytinq sıralamasında azalması bu ölkələrdə baş verən milli valyutatının devalvasiyası ilə bağlıdır. Belə ki, Rusiya rublu dollara qarşı 72%, Ukrayna qrivnası isə 2 dəfə zəifləyib.

Ümumiyyətlə, 2014-cü ilin yekunlarına görə MDB məkanında məcmu bank aktivləri əvvəlki ilə nisbətən 21,3% azalaraq 1,7 trln. dollara düşüb. Bu isə dünyanın 10-cu ən böyük bankı olan "Credit Agricole"un aktivlərindən 200 mlrd. dollar azdır.

Agentlik qeyd edir ki, Rusiya və Ukrayna banklarının mövqelərini itirməsindən ən çox Azərbaycan faydalanıb. Reytinqdə Azərbaycan banklarının sayı 10-a yüksəlib və ölkə reytinq sıralamasında 4-cü pilləyə yüksəlib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol