• $
  • €
  • ₽
  • ₺
  • £

189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti

189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti
21.10.2015 17:30
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib.

İndi sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq "Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

"189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10% endirim təklif etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı edəcək”,- deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.

Qeyd edək ki, "Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçün müştərilərin zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə

sürücünün smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.

"Bakcell şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə sahədə əməkdaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell, həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə davam edəcəyik” , - deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan Abbasov bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol