• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı mobil rouminqdən imtina etdi

Avropa İttifaqı mobil rouminqdən imtina etdi
28.10.2015 19:08
Avropa Parlamenti şəbəkə bitərəfliyini təmin edən düzəlişləri ləğv edib və Avropa İttifaqı ərazisində mobil rouminqin ləğvini təsdiqləyib. Qurumun rəsmi saytında yazılıb ki, yeni qaydalar 2017-ci ilin iyununda qüvvəyə minəcək.
  
"2017-ci ildə iyunun ortalarından etibarən Avropa İttifaqı ərazisində səyahət edən avropalılar  mobil qurğularından istifadəyə görə öz ölkələrində olduğu kimi eyni ödəniş edəcəklər" – vahid rəqəmli bazar məsələlərinə nəzarət edən Avropa Komissiyasının sədr müavini Andrus  Ansip deyib.
  
Yeni qaydalar qüvvəyə mindikdən sonra avropalılar üçün ittifaq daxilində rouminq üçün vahid əlavə məbləğ müəyylənləşdiriləcək: çıxan zənglərin 1 dəqiqəsi üçün 0,05 avro, SMS üçün 0,02 avro və 1 MB mobil internet üçün  0,05 avro. Ansip, həmçinin söz verib ki, 2016-cı ildə Avropa İttifaqının telekommunikasiya qaydalarına əsaslı baxış keçiriləcək.
 
Şəbəkə bitərəfliyi sahəsində yeni qanunvericilik xüsusi xidmətlər üçün nəzərdə tutulmuş məlumatların ötürülməsi üçün ayrılmış kanal yaradılmasına və ondan istifadəyə imkan verir.
  
Bir həftə əvvəl "Ümumdünya Hörümçək Toru”nun yaradıcısı cənab Tim Berners-Li yazdığı açıq məktubda yeni qaydaları innovasiya, söz azadlığı və şəxsi həyatın toxunulmazlıq hüququna təhlükə adlandırmışdı.
  
"Bu qaydalar, həmçinin Avropanın rəqəmli iqtisadiyyatda liderlik imkanlarını şübhə altına qoyacaq" – o yazmışdı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol