• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı "exchange"lərdə canlanma müşahidə olunur

Bakıdakı "exchange"lərdə canlanma müşahidə olunur
07.11.2015 19:00
Exchange əməkdaşları bazardakı ümumi vəziyyəti sabit kimi qiymətləndirirlər

Bu gün Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində alqı-satqı əməliyyatlarının aparılması sahəsində nisbi canlanma yaranıb. 
"Report"un valyutadəyişmə məntəqələrində apardığı müşahidələr göstərib ki, müştərilər 5 min dollaradək məbləği asanlıqla dəyişirlər. "Exchange" əməkdaşları səhər saatlarından əməliyyatlarda nisbi canlanmanın yarandığını söyləsələr də, bazardakı ümumi vəziyyəti sabit kimi qiymətləndirirlər: "Dollar və avronun alış-satışında sıxlıq və ya hər hansı məhdudiyyət yoxdur. Müştərilər daha çox dollar kütləsi alır və gələnlərin əksəriyyəti əsasən 2 min manatdan çox məbləğ dəyişənlərdir".
Həmçinin, bəzi məntəqələrdə dollar alışında qiymətlərdə dəyişiklik edildiyi müşahidə olunur. Məsələn, dolların alış məzənnəsi bəzi məntəqələrdə 1,0535 AZN/USD olsa da, bir müddət sonra artıq 1,0542 AZN/USD-yə dəyişdirilib. Satış qiymətində isə ciddi dəyişiklik olmayıb: "Bu, şənbə-bazar günlərinə xas bir dəyişiklikdir, bu cüzi artım adəti haldır. Çünki birinci gün də qeyri-iş günüdür.

Müşahidələrə əsasən, cüzi dəyişikliklə demək olar ki, bütün bankların məntəqələrində alış-satış qiymətləri eynidir. Dolların alışı 1,0535-1,0542 AZN/USD, satışı isə 1,0550-1,0560 AZN/USD intervalında aparılır. Avronun isə alış-satış məzənnəsi 1,1320-1,1470 AZN/EUR arasında dəyişir.

Xatırladaq ki, Mərkəzi Bankın ötən günə olan rəsmi məzənnəsi 1 dollar üçün 1,0498 manat, 1 avro üçün isə 1,1424 manat təşkil edib (bu məzənnə bu üç qeyri-iş günündə qüvvədə olacaq). 

Valyutadəyişmə əməliyyatları isə bu məzənnədən maksimum 2%-dək (marja) aşağı və yuxarı qiymətlə aparıla bilər. Yəni hazırda dollar üçün maksimal satış məzənnəsi 1,0708 AZN/USD, minimal alış qiyməti 1,0288 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,1653 və 1,1196 AZN/EUR ola bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol