• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda intellektli adamları qorumaq ən vacib şərtdir”

“Azərbaycanda intellektli adamları qorumaq ən vacib şərtdir”
11.11.2015 17:38
Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir bunu Əli Abbasov bu fikri "Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışında qeyd edib.

O bildirib ki, ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır:

"Bu, yeni bir formada həyata keçirilir. Cənab prezidentin çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır.

Bu, ümumi dövlət investisiyasından başqa müxtəlif  fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır”. Nazirin sözlərinə görə, intellektual mülkiyyətin qorunması startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur:

"Burada əsas məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Daha doğrusu, bu gün beyin axınının yeni bir formasının – onlayn, yəni internet üzərindən beyin axınının qarşısını almaqdır. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır.

Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin , ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol