• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital nizamnamə kapitalını artırdı

Unicapital nizamnamə kapitalını artırdı
23.11.2015 16:33
Unibank-ın səhmdarı olduğu "Unicapital” ASC-nin nizamnamə kapitalı artırıldı. ASC-nin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin artırılması yolu ilə baş tutub.
 
Səhmlərin nominalı 2 manatdan 3 manata yüksəlib və Unibank "Unicapital”ın 100 faizlik səhmdarı olaraq, Səhmdar Cəmiyyətin nizamnamə kapitalına 100 min manat vəsait əlavə edib. Bununla da "Unicapital”ın nizamnamə kapitalı 300.000 manata çatdırılıb. Hal-hazırda "Unicapital” ASC-nin investisiya şirkətinə çevrilməsi planlaşdırılır.

"Unicapital” ASC dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin oktyabr ayı üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi 241,3 miliyon manat olub.

Unibank son 12 il ərzində Azərbaycanın qiymətli kağızlar bazarının liderlərindən və əsas iştirakçılarından biridir. Bank bazarının bir çox sahəsində öz yenilikləri ilə diqqəti çəkən Unibank, 2003-cü ildə ölkə korporativ istiqrazların buraxılışını yerləşdirmiş ilk bankı oldu, əcnəbi fondlarını yerli bazarda dövlət və korporativ qiymətli kağızlarına sərmayə qoyuluşu üçün cəlb edən ilk banklar sırasındadır. 2008-ci ildən etibarən bütün broker və diler xidmətləri bankın ixtisaslaşdırılmış törəmə şirkəti olan - "Unicapital” ASC tərəfindən həyata keçirilir. Həmin ildən başlayaraq "Unicapital” Bakı Fond Birjasının təsisçilərindən biri hesab olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol