• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyə mallarının Mərkəzi Asiyaya tranzitini təmin etməyə hazırdır

Azərbaycan Türkiyə mallarının Mərkəzi Asiyaya tranzitini təmin etməyə hazırdır
30.11.2015 17:13
Azərbaycan Türkiyədən Mərkəzi Asiya ölkələrinə malların tranzitini təmin etməyə hazırdır. Bunu Trend-ə TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat sahəsində əməkdaşlıq proqramının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

Ötən həftə Rusiya Türkiyədən yük avtomobillərinin öz ərazisinə girişini qadağan edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Türkiyə tərəfi bu yük axınının Azərbaycan ərazisi ilə getməsini təklif etdi və bu təşəbbüs ölkə tərəfindən tam dəstəklənir: "Sərhədyanı postlarda Türkiyə yük avtomobillərinin Azərbaycana maneəsiz girişi üçün şərait yaradılacaq".

A.Mustafayev qeyd edib ki, Azərbaycan rəhbərliyinin yük axınının cəlb edilməsi ilə bağlı strateji qərarı hələ Rusiya-Türkiyə münaqişəsi başlamazdan öncə qəbul edilib.

O bildirib ki, qida məhsulları, kənd təsərrüfatı məhsulları və digər malların daşınması ilə məşğul olan Türkiyəyə məxsus 200 min yük avtomobilindən cəmi 30 mini Azərbaycan ərazisindən keçirdi: "Qalan 170 mini Gürcüstan-Rusiya sərhədi ilə Rusiyaya və Mərkəzi Asiya ölkələrinə gedirdi. Əgər onlar Azərbaycana istiqamətləndirilsə, öz ərazimizdən belə həcmdə yükü buraxmaq imkanımız var. Üstəlik, Xəzərdə bu qədər həcmin öhdəsindən gəlmək üçün kifayət qədər bərə var".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol