• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tıxaca səbəb olan piyada keçidləri - FOTOLAR

Bakıda tıxaca səbəb olan piyada keçidləri - FOTOLAR
30.11.2015 20:45
Bakıda bəzi küçələrdə piyada keçidlərində piyadalar tərəfindən yolun qeyri nizamlı keçilməsi böyük tıxaclara səbəb olur.

"Report" xəbər verir ki, Şəhərin müəyyən yerlərində səhər və axşam saatlarında yol polisi əməkdaşları piyada zolaqlarında hərəkəti tənzimləsə də, paytaxtın digər yollarında, habelə günün digər saatlarında piyada keçidinin tənzimlənməməsi uzun tıxaclara səbəb olur.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 54-cü maddəsinin I hissəsinə əsasən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalıdır. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Digər bir hal isə qanunun 75-ci maddəsinin 1-ci hissəsində göstərilir: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Buradan görünür ki, sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir.

Bu səbəbdən də, piyadalar xüsusi işarələnmiş keçidi qrup şəkilində deyil, tək-tək keçdikdə tıxacların yaranmasına səbəb olurlar.

Yolayrıcından kənardakı nizamlanmayan piyada keçidində piyadaya yol verməmək İnzibati Xətalar Məcələssinin 151-3-cü maddəsi üzrə 50 manat cərimə, yolayrıcında dönərkən piyadaya yol verməmək isə Məcəllənin 151.2-ci maddəsi üzrə 60 manat cərimənin və 3 cərimə balı nəzərdə tutur.
 





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol