• $
  • €
  • ₽
  • ₺
  • £

Bolkart Diamond – Premium Kartın Özəl Üstünlükləri!

Bolkart Diamond – Premium Kartın Özəl Üstünlükləri!
15.12.2015 12:26
Bir müddət öncə Azəraycanın ilk hissə-hissə ödənişli kredit kartı Bolkart yenilənərək hər kəsə özəl 5 yeni kartını təqdim etdi. Gənclər üçün Bolkart Gənc, ailə üzvlərini bir araya gətirəcək Bolkart Ailə, biznes ilə məşğul olan şəxslər üçün Bolkart Biznes və premium kartlar seriyasından dövlət və özəl müəssisələrində çalışan şəxslərə Bolkart Gold və Bolkart Diamond kartlarını təqdim etdi. 

Hər kəsin ehtiyac və tələbinə cavab verən bu 5 fərqli Bolkart, sahiblərinə rahat alış-veriş imkanı ilə yanaşı, bir çox əlavə üstünlüklər də qazandırır. Belə ki, müştərilər istər ölkədaxili partnyor mağaza şəbəkələrində, istərsə də,  xaricdə və eləcə də, internet vasitəsilə etdikləri alış-veriş zamanı ballar qazanır və daha sonra həmin balları yenidən alış-veriş üçün istifadə edə bilirlər.

Müştərilərə xərclədikləri vəsaiti ballar vasitəsilə geri qaytaran Bank of Baku-nun bu unikal məhsulu Bolkart Diamond sahiblərinə daha böyük üstünlüklər qazandırır. Belə ki, Bolkart Diamond kartı ilə edilən alış-verişlər ballar qazandırmaqla yanaşı, sahiblərinə MİL-lər və bununla da pulsuz aviabilet qazanmaq şansı verir. Bununla yanaşı, Bolkart Diamond sahiblərinə pulsuz səyahət sığortası, (012) 50 50 145 nömrəsi ilə özəl xidmət, maksimal bal qazanmaq imkanı və pulsuz 1 illik Priority Pass kartı əldə etmək imkanı da verilir. 

Priority Pass kartı – dünyanın 120 ölkəsində, 400 şəhər və 700 hava limanında nüfuzlu və VİP zallara keçid imkanı verən kart növüdür. Bu kart aviaşirkət və uçuş sinfindən asılı olmayaraq bütün bilet sahiblərinə hava limanında mövcud olan VİP zallara sərbəst daxil olma və ordakı xidmətlərdən faydalanma imkanı qazandırır.

Bu üstünlüklərə əlavə olaraq, müştərilər istənilən vaxt heç bir kampaniyanı gözləmədən kartın ümumi limitinin 25%-dək hissəsini nağdlaşdıra və ödəniş tarixlərini özlərinə uyğun şəkildə ya təqvim ayının 1-dən 15-dək və ya 16-dan ayın son gününədək təyin edə bilərlər. 

Kartı dövlət və özəl müəssisələrində çalışan və əmək haqqı məbləği 3000 AZN və daha yuxarı olan müştərilər əldə edə bilərlər. Kartın kredit limiti minimum 1.000 maksimum 10.000 AZN olmaqla 60 ayadək müddətə verilir. 

Dövlət və özəl müssisələrində çalışan və əmək haqqı məbləği 1000 AZN və daha yuxarı olan şəxslər isə premium kartlar seriyasından olan Bolkart Gold kartına yiyələnə bilərlər.

18 yaşından yuxarı istənilən şəxs həm Bolkart Gold, həm də Bolkart Diamond kartlarını debet kart kimi iş yerindən arayış tələb olunmadan əldə edə bilərlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol