• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın bazarında kəskin bahalaşma

Maşın bazarında kəskin bahalaşma
21.12.2015 13:56
Bu gün manatın yenidən ucuzlaşması avtomobil bazarına da təsirsiz ötüşməyib.

Fins.az-ın məlumatına görə, bəzi avtomobil şirkətləri qiymətləri bahalaşdırsa da, bəziləri qeyri-müəyyən vəziyyəti nəzərə alıb satışları dayandırıb.

Bəzi avtomobil şirkətləri isə hələlik köhnə qiymətlərlə satışları davam etdirir.

"X5” avtomobili 46 min manat bahalaşıb

"BMW”, "Mini” və "Rolls Roys” avtomobillərinin satışı həyata keçirən "İmprotex Motors” şirkəti hazırda avtomobil satışının olduğu bildirilib. Avtomobilin avro ilə qiyməti artmasa da, manat məzənnəsində yeni qiymətlə satılır.

Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model "BMW X5”in manatla qiyməti 46 min artaraq 146 min manat olub. "BMW 520” avtomobilinin qiyməti 57 min manatdan 84 min manata qədər artıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.

"Toyota” satışları dayandırdı

"Toyota Bakı Mərkəzi” isə hazırda satışları dayandırıb. Şirkətdən fins.az-a verilən məlumata görə, manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən bir vəziyyətlə əlaqədar olaraq satışlar dayandırılıb.

Bəzi şirkətlər qiyməti dəyişməyib

"Auto Azerbaijan” şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır.

"Audi Bakı Mərkəzi”ndən də avtomobillərinin qiymətlərində hər hansı bir dəyişiklik olmadığını deyiblər: "Audi”ləri köhnə qiymətlə satılır. Lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq”.

«Honda» indiki qiymətləri 10 gün dəyişməyəcək

"Honda Avtomobil Mərkəzi”nin marketinq meneneceri Kamran Məmmədov fins.az-a bildirib ki, "Honda”, "Mitsubishi”, "Mazda” və "Subaru” avtomobillərinin qiymətlərində hər hansı bir artım yoxdur. O bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi hələlik məlum deyil.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol