• $
  • €
  • ₽
  • ₺
  • £

Brend mağazalar ölkəni tərk edə bilərlər

Brend mağazalar ölkəni tərk edə bilərlər
21.12.2015 18:32
Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdikdən sonra manatın dollar və avro qarşısında dəyəri 50 faiz ucuzlaşdı.

Bunun brend mağazalara təsir edəcəyi də gözlənilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına açıqlamasında bildirdi ki, ölkədə qiymət artımı baş verəcək.


"Manatın növbəti dəfə məzənnəsinin azalması brend mağazalarında qiymət artımına gətirib çıxaracaq. Brend mağazalarda 40% artım proqnozlaşdırılır. Və xüsusən xarici ölkələrdən gətirilən malların qiyməti qalxacaq. Bu malları satanlar bazarda qalmaq üçün mallarını yüksək qiymətə satacaq ki, əldə etdiyi vəsait hesabına yeni qiymətə mallar gətirə bilsin.

Və düşünürəm ki, bu proses malların qiymətinin ciddi şəkildə artımına səbəb olacaq. Bu, yeni il ərəfəsində baş verəcək. Yerli istehsalat mallarında isə 20% qalxma olacağı proqnozlaşdırılıb.

Qiymətin qalxması alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq və elə proqnoz var ki, brend mağazalar ölkəni tərk edə bilərlər. Ölkədəki bəzi brend mağazalar bağlana bilər.” Eyyub Hüseynov qeyd edib ki, bir dəfə qalxan qiymət, bir daha enmir. Buna görə də qiymət artımı yeni ildən sora da qalxacaq və enməsi hələ ki, proqnozlaşdırılmır. "Romantik” mağazasının nümayəndəsi Valeh Sofiyev qeyd etdi ki, mağazaları vəziyyətdən çıxış yolu axtarır.

"Bildiyimiz kimi manatın məzənnəsi birinci dəfə enəndə onsuz da mağazalara təsir etmişdi, ikinci dəfə belə bir şəkildə enməsi isə "arxadan zərbə” kimi oldu. Və düşünürəm ki, alıcılıq qabiliyyəti aşağı düşəcək və mağazalar indidən yaranan vəziyyətə görə çıxış yolları axtarır.”

Azərbaycanda fəaliyyət göstərən "Arçelik” mağazasından bildirildi ki, bu günə kimi satış normal davam edirdi. "Manatın belə enməsi yəqin ki, satışa təsirsiz ötüşməyəcək. Amma indidən bu haqda nəsə demək mümkün deyil. Yeni il qabağı olduğuna görə, satışa bəlkə də elə çox təsir etməz. Təsir etsə yeni ildən sonra təsir edəcək.”

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol