• $
  • €
  • ₽
  • ₺
  • £

"Süni qiymət artımının qarşısını almaq üçün yarmarkaların sahəsi genişləndiriləcək"

"Süni qiymət artımının qarşısını almaq üçün yarmarkaların sahəsi genişləndiriləcək"
24.12.2015 18:23
"Süni qiymət artımının qarşısını almaq üçün Kəndə Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə müəyyən işlər görür".
 
"APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
 
Nazirin sözlərinə görə, üzən məzənnə rejiminə keçid yerli istehsala birbaşa təsir etməsə də, dolayı yolla təsir edir: "Yerli istehsala təsiri məsələsinə birmənalı yanaşmağı doğru hesab etmirəm. Burda bir məqamı nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan məhsullar xarici valyuta ilə daxil olduğuna görə, burada birbaşa təsiri hesablamaq mümkündür. Yerli istehsala gəlincə, burda müəyyən məqamlar var. Çünki, yerli məhsul istehsal edənlər onlar bu məhsulu özlərinin birbaşa istehlakı üçün yox, digərlərinin istehlakı üçün istehsal edir. Yəni, bu məhsulun qarşılığında, bu məhsulu sataraq hansısa məhsul almalıdır. Tutaq ki, 100 kiloqram məhsulu 80 manata sataraq soyuducu, məişət texnikası almalıdır. Bu məhsullar isə idxal olunduğundan öz ehtiyaclarını qarşılamaq üçün yerli istehsala birbaşa olmasa da, dolayı yolla təsir edir. Düzdür, demək olmaz ki, bu gün devalvasiya varsa, yerli istehsalda qiymət artmalıdır. Bunun təsiri bir az uzun müddətlidir. Çünki, istehsal olunan məhsulların maya dəyəri keçən ildən qoyulub, bu il isə hazır məhsul alınıb. Ona görə, prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada dolayı yolla da olsa, təsiri minimuma endirmək lazımdır. Demək olmaz ki, heç bir təsiri olmayacaq. Təbii ki, dolayı yolla təsiri olacaq”.
 
H. Əsədov əlavə edib ki, süni qiymət artımının qarşısını almaq üçün nazirlik yarmarkaların sahəsini genişləndirmək niyyətindədir: "Fermerlərin bazara çıxışını dolayı yolla yox, birbaşa çıxışını təmin edək ki, orta həlqələr yaranmış şəraitdən istifadə edərək süni qiymət artımına yol verməsinlər. Bu, prezident tərəfindən müvafiq strukturlar qarşısında qoyulan ən əsas məsələlərdən biridir. Biz də çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını orta həlqələri ləğv etməklə, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını alaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol