• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq reytinq də banklarımızı "vurdu"

Beynəlxalq reytinq də banklarımızı "vurdu"
26.12.2015 10:42
Bəzi banklar mənfi rəy alsa da, Beynəlxalq Bank müsbət qiymətləndirilib.

Manat sərbəs buraxıldıqdan sonra ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunu dəyərləndirib. ANS PRESS-in məlumatına görə, bəzi banklar mənfi rəy alsa da, indiyədək kifayət qədər problemli kreditləri olan Beynəlxalq Bank müsbət qiymətləndirilib.

"Fitch” Azərbaycanın bir neçə bankının kredit reytinqi stabildən neqativə endirib. Səbəb kimi isə kredit portfelində dollarlaşma nəticəsində problemli kreditlərin həcminin artması göstərilir. Agentlik digər banklarda kapital çatışmazlığı barədə xəbərdarlıq edib.

Azərbaycan Beynəlxalq bankı isə əksinə aparılan islahatlarla əlaqədar müsbət rəy alıb. Artıq bankın 3 milyard manatlıq problemli aktivlərindən 2 milyardlıq hissənin alındığı, ilin sonuna qədər 1 milyard manatın da qaytarılacağı qeyd olunub. Hətta devalvasiya səngidikdən sonra problemli kreditlərin qaytarılması ilə bağlı konkret adddımlar atılarsa bank reytinq cədvəlində bir pillə də irəliləyə bilər.

Bundan başqa "Fitch” hesab edir ki, yaranmış vəziyyətlə bağlı Mərkəzi Bank bəzi məsələlərdə banklara güzəştə gedəcək. Məsələn, kapital adekvatlığı əmsalı 12%-dən 10%-ə endirilə bilər. 


 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol