• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnoz: Dollar dünyada sürətlə bahalaşacaq

Proqnoz: Dollar dünyada sürətlə bahalaşacaq
05.01.2016 15:18
Dünya valyuta bazarında ABŞ dollarının mövqelərinin güclənməsi və cari məzənnəsinin ən gec fevralın 15-dək avronu üstələməsi proqnozlaşdırılır.

 Dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlamasından sonra USD/EUR məzənnəsi əks hərəkət həyata keçirib və 1,06-dan 1,10 səviyyəsinə qədər sərt bir şəkildə artıb. 

"Report" xəbər verir ki, FES-in növbəti iclası fevralın 1-də olacaq və bu iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Lakin "Report"un analitik qrupu martın 15-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25-0,50 faiz bəndi artırılmasını proqnozlaşdırır. FES rəhbərliyindən gələn açıqlamalarda uçot dərəcəsinin artırılması üçün qlobal bazarda sabitliyin olması şərtinin irəli sürüldüyü diqqətə çarpır. Bu da, martın əvvəlindən dünya bazarında istər fond birjaları, istər əmtəə qiymətləri, istərsə də valyuta cütlüklərinin pozitiv əhval-ruhiyyədə olması zərurəti yaradır. "Lakin dolların möhkəmlənməsi də qaçılmazdır. Deməli, dollarınn möhkəmlənməsi daha erkən, yəni artıq bu gündən baş tutacaq və bununla paralel dünya fond birjaları və əmtəə qiymətləri də kəskin azalacaq", - deyə analitiklər qeyd edir.

"Report"un analitik qrupu dollar/avro məzənnəsinin artıq fevralın ortasına qədər 0,95-0,98 USD/EUR diapazonuna enəcəyini proqnozlaşdırır: "Daha sonra, aprel ayının əvvəlinə qədər məzənnə yenidən paritetin üstünə çıxacaq. Dolların möhkəmlənməsinə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiya qərarında tərəddüd etməsi də dəstək verir".
"Azərbaycanda isə dolların rəsmi məzənnəsinin fevralın 15-dək 1,60 AZN/USD-yə qədər yüksələcəyi, mütəşəkkil valyuta bazarında isə 1,70-1,75 AZN/USD aralığında olacağı ehtimal edilir", - deyə Agentliyin ekspertləri bildiriblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol