• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərikimya" İstehsalat Birliyində görüş keçirildi

"Azərikimya" İstehsalat Birliyində görüş keçirildi
11.01.2016 16:45
"Azərikimya" İstehsalat Birliyində görüş keçirilib 

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru Mustafa Babanlının başçılıq etdiyi 25 nəfərlik nümayəndə heyəti ilə görüş keçirilib.

Qaynar.info "Report"-a istinadən xəbər verir ki, görüşdə universitetin Sənayenin təhlükəsizliyi və əməyin mühafizəsi, Mühəndis qrafikası, Üzvi kimya, Neftin, qazın kimyası və texnologiyası, Yüksək molekullu birləşmələrin texnologiyası, Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası, Fiziki və analitik kimya, Kimya texnologiyasının mühəndis əsasları və digər kafedraların müdirləri, aparıcı müəllimləri, həmçinin doktorant və magistrləri, eyni zamanda "Azərikimya”nın aparıcı mütəxəssisləri iştirak edib.

Görüşü giriş sözü ilə açan "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 2010-cu ildən bəri qurumda həyata keçi­rilən yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Sonra "Azərikimya" İB-də 2010-cu ildən bəri görülmüş işlər və 2020-ci ilə qədər həyata keçiriləcək layihələri özündə əks etdirən slayd-şou təqdim olunub.

Görüşdə həmçinin perspektiv planlar – Kimya sənayesinin 2016-2019-cu illər üçün hədəfləri – Kimya Sənaye Parkı, "SOCAR Polymer” layihəsi çərçivəsində tikilən Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatları, ölkənin ərzaq təhlükəsizliyinin təmin edil­mə­sin­də mühüm rola malik olacaq Karbamid (Azot gübrəsi) zavodunun tikintisi, həmçinin 2020-ci ilin əvvəllərinə qədər tikilib istismara verilməsi planlaşdırılan 7 müxtəlif qurğu haqqında məlumat verilib, kadr hazırlığı məsələləri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda yaradılmış Təlim-tədris Mərkəzi, respublikanın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr, eyni zamanda həyata keçirilən sosial yönümlü tədbirlər haqqında da geniş söhbət açılıb.Görüşdə belə bir yekdil rəyə gəlinib ki, bu qəbildən olan görüşlər davamlı xarakter alsın, bu da gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın detallarını özündə əks etdirən çərçivə sazişinin imzalanmasına vəsilə olsun. Görüşün sonunda "Azərikimya" İB adından ADNSU-nun rəhbərliyinə xatirə hədiyyəsi təqdim olunub.

Görüşdən sonra qonaqların "Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunub və onlar burada fəaliyyət göstərən istehsalat sahələri ilə yaxından tanış olublar.
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol