• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda yeni stansiya tikilir

Bakı metrosunda yeni stansiya tikilir
14.01.2016 18:10
"Bakı Metropoliteni” QSC məlumat yaydı.

Bakı Metropolitenində "Bənövşəyi” xəttin şərti olaraq "B-5” adlanan stansiyası istiqamətində qazma işlərinə başlanacaq.

Bu barədə "Bakı Metropoliteni” QSC -dən bildirilib.  

İndiyə kimi 4630 m yol qət edən "Herrenknecht" qazma kompleksi bu gün xəttin şərti olaraq "B-4” adlanan stansiyasına daxil olub. Qazma qurğusu həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.

Bu gün qazma kompleksi "B-4” stansiyasında quraşdırılmış start kamerasında qarşılanıb. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün olub. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.

"B-5” istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.

Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra "Herrenknecht” yolunu növbəti stansiyaya, yəni "B-5” stansiyasına doğru davam etdirəcək.
 








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol