• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qeyri-neft ixracını artırıb

Azərbaycan qeyri-neft ixracını artırıb
15.01.2016 17:06
Ötən il 2391 adda məhsul ixrac edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirlik tərəfindən kompleks tədbirlər həyata keçirilir. 

Təkcə 2015-ci ildə 260-dan çox biznes forum, işgüzar görüş və sərgi təşkil edilmiş, Qazaxıstanın Aktau şəhərində Logistik Mərkəzin inşası başa çatdırılıb.

Bununla yanaşı, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdığı problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu və müvafiq İşçi Qrupu fəaliyyət göstərir.

Eyni zamanda beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində qeyri-neft məhsullarının ixracı 3,6% artaraq 1,5 mlrd. dollara çatıb. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol