• $
  • €
  • ₽
  • ₺
  • £

Davos Forumundan gözləntilərimiz - AÇIQLAMALAR

Davos Forumundan gözləntilərimiz - AÇIQLAMALAR
22.01.2016 16:55
"Azərbaycanın Davos Forumundan böyük bir gözləntisi olmamalıdır” 

Prezident İlham Əliyev yanvarın 21-də  İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edib. Toplantıda dövlət başçısı müxtəlif ölkələrin rəsmiləri ilə görüşlər keçirib.
 
 
Fazil Mustafa 

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa Davos Forumunu  ölkələr üçün sadəcə bir fürsət kimi dəyərləndirib: "Azərbaycanın Davosdan böyük bir gözləntisi olmamalıdır. Davos yalnız fikir toplantısıdır. Sadəcə, bu toplantıda bir neçə geniş miqyaslı görüşlər, danışıqlar keçirmək olar. Belə fürsət çox tez-tez yaranmır. Düzdür, prezident İlham Əliyev bir neçə ölkənin rəsmiləri ilə görüşlər keçirib. Amma buna baxmayaraq nəsə böyük gözləntilər xəyal etmək düzgün olmaz. Çünki qlobal və iqtisadi tendensiyada bizim ölkənin faiz göstəriciləri çox aşağıdır”. 
 
 
Aydın Mirzəzadə 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə əksinə düşünür. O, hesab edir ki, bu toplantı Azərbaycana yeni imkanlar qazandıracaq: "Azərbaycan Davos toplantısında iştirak etməklə dünyada iqtisadi baxımdan öz yerini müəyyənləşdirir. Yeni əlaqələr üçün imkanlarımız artır. Hesab edirəm ki, prezident İlham Əliyevin Davosda görüşlər keçirməsinin özü Azərbaycanın iqtisadi maraqlarını bir daha ortaya qoyur. İri şirkət rəhbərləri ilə görüşlərin keçirilməsi iqtisadi əlaqələrin möhkəmlənməsinə, onlarla birgə iş qurulmasına şərait yaradır”.   
 


Elxan Şahinoğlu 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Davos Forumunun son illər öz əhəmiyyətini itirdiyini vurğulayıb: "Çünki dünyadakı iqtisadi vəziyyət normal səviyyədə deyil. Heç bir dövlət kənardan dəstək ala bilmir. Ancaq bununla yanaşı Davosun müsbət tərəflərini də tapmaq mümkündür. Toplantı da Azərbaycanın investisiya mühitini genişləndirmək imkanı ola bilər. Dünyanın bir neçə  iri şirkətlərinin ölkəmizə yatırım etməsi imkanı qazana bilərik. Ancaq bir çox amillər ölkəmizə investisiya qoymağın qarşısını kəsir. Ölkədən 50 mindən çox pul çıxarılarsa, buna görə 20 faiz pul ödəməlisən. Tək bu amil bir neçə şirkətin ölkəmizə yatırım etməsinə mane ola bilər. Bu səbəbdən də əvvəlcə ölkəmizdə rahat şərait yaradılmalıdır”.     
 
 
Zərdüşt Əlizadə 

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Davos toplantısı Azərbaycana heç nə vəd etmir: "Davos sərbəst toplanış yeridir. Burada ancaq müzakirələr aparılır. Ölkəmizin Davosdan gözləntisi nə ola bilər? Heç nə. Əvvəl varlı Azərbaycan Davosda iştirak edirdi, indi isə iqtisadi böhran içərisində yaşayan Azərbaycan ordadır. Buna görə də heç bir dövlət istəməz ki, iqtisadi tərəfdən zəif olan bir ölkə ilə əməkdaşlıq etsin.  İnvestisiya yatırmaq məsələsinə gəlincə, düşünmürəm ki, ağıl başında olan investor öz qüdrətli ölkəsinin zəmanəti olmadan Azərbaycana pul yatırsın”.  

Orxan Aslanlı
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol