• $
  • €
  • ₽
  • ₺
  • £

Sağalmaz xəstəliklərdən sığorta sayı azaldı

Sağalmaz xəstəliklərdən sığorta sayı azaldı
25.01.2016 16:25

2015-ci ildə sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
 
ANN.Az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2,9 milyon manat təşkil edib. Bundan başqa, işin dayanması ilə bağlı risklərdən sığortada yığım 2 dəfə artaraq 25,5 min manat, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında isə 80,5% artaraq 2,1 milyon manat olub.
 
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 16% artaraq 69 milyon manat, tibbi sığortada 2,2% artaraq 72,9 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 27,2% artaraq 1,2 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 8,1% artaraq 30,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 45,3% artaraq 25,3 milyon manat, avtomobillərin icbari sığortasında isə 8,4% artaraq 76,2 milyon manat təşkil edib.
 
İl ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 90,7% azalaraq 2,6 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 52,5% azalaraq 622,5 min manata düşüb.
 
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 8,6% azalaraq 15,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 28,8% azalaraq 326,3 min manat, fərdi qəza və xəstəlik sığortasında 28% azalaraq 8,1 milyon manat, səfər sığortasında 0,2% azalaraq 2,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 4,2% artaraq 34,9 milyon manat, avtomobillərin könüllü sığortasında 25,3% azalaraq 28,3 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 16,6% azalaraq 335,9 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 9,5% azalaraq 135,7 min təşkil edib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol