• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”də aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlandı

“Sovetski”də aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlandı
27.01.2016 12:33
Bakının "Sovetski” məhəlləsində aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlanıb.
 
APA-nın məlumatına görə, Bakı şəhərinin Baş planına əsasən şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində bir sıra yaşayış və qeyri-yaşayış sahələrində söküntü işləri aparılmaqdadır.
 
Həmin söküntü ərazisinə Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və Bəhram Ağayev küçələri əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşviq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələri daxildir.
 
2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılıb. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2769 nəfəri ödənişə göndərilib, 2698 nəfər sakinə isə artıq kompensasiya ödənilib. Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılıb ki, bunlardan 1795-i artıq sökülüb. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır. Sökülən mənzillərdə qeydiyyatda olan 5956 sakin Yasamal rayon qeydiyyatından çıxıb və təsərrüfat uçotu kitabına işlənib. Bundan əlavə, söküntü zonasına düşən "Sovetski” ərazisində az kvadratlı mənzil sahiblərinə dövlət tərəfindən inşa edilmiş binadan 103 mənzil və 2 qeyri-yaşayış sahəsi verilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol