• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzillərin qiyməti sürətlə düşür

Mənzillərin qiyməti sürətlə düşür
28.01.2016 16:13
Daşınmaz əmlak bazarında hələ belə durğunluq olmamışdı. Mənzillərin qiyməti hər gün bir az da aşağı düşür. 

Məsələn, Nərimanovda 90-95 min manata satılan 1 və ya 2 otaqlı mənzillər indi 60-65 minə təklif edilir. Kifayət qədər ucuzlaşma olsa da, bir dənə də olsun alıcı yoxdur. Demək olar ki, alqı-satqı dayanıb.

Bunu ANS press-ə Nərimanov rayon məhkəməsi yaxınlığında maklerliklə məşğul olan İlqar Mustafayev deyir. 

Onun sözlərinə görə, manatın "üzən məzənnəyə” keçidindən sonra evlərin qiyməti də 20-25% düşüb.

Mənzillərin qiymətinin ucuzlaşdığını paytaxtın digər ərazilərində fəaliyyət göstərən maklerlər də etiraf edirlər. Bu sahədə çalışan Mirzə Əliyev deyir ki, qiymətlərdə 10-20 min arası ucuzlaşma var. Bu prosesin hələ davam edəcəyi də istisna edilmir. 

Tək alqı-satqıda yox, elə kirayə bazarında da müştəri qıtlığı yaşanır. Ötən il 250-300 manatlıq evlər 100-50 manat aşağı təklif edilsə də, kirayə ev axtaran insanlar üçün bu qiymətlər də hazırda münasib deyil. Bir sözlə, qiymətlər aşağı düşsə də tələbat sıfır səviyyəsindədir.

"MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun da fikrincə, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun hesablamalarına görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox 26 faiz azalma var. 

Bu azalmaya baxmayaraq qiymətlər hələ də yüksəkdir. Bu fikirlə ekspert də razılaşır. O deyir ki, qiymətlər reallıqla uzlaşmır.

"Əmlak bazarındakı durum həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici amil kimi buna neftin qiymətinin düşməsi, eləcə də Rusiyadan gələn pul kütləsinin azalması təsir edir. Daxili amillərə gəlincə, insanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar, qara günlər üçün ehtiyat saxlayırlar”.

Mənzil bazarında canlanma yaratmaq üçün xaricdən maliyyə axını olmalıdır. Bundan başqa ölkəmizdə ev almaq istəyən əcnəbilərə müxtəlif güzəştlərin tətbiqi zəruridir. Xaricilərin daşınmaz əmlak bazarına axınını sürətləndirmək üçün əcnəbilərin, elə qardaş Türkiyənintəcrübəsindən istifadə oluna bilər. 

Məsələn, 2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşıb. 

Qardaş ölkə Azərbaycan da daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir. Bu isə Türkiyə qanunvericiliyində öz həllini tapıb. 

Oxşar təcrübədən ölkəmizdə də istifadə olunarsa həm mənzil almaq üçün üz tutan xaricilərin sayı da artar, həm də bu bazarda canlanma yaranar. 

Hər halda yaranmış vəziyyətdən çıxış üçün təklifləri sınaqdan keçirmək lazımdır. Çünki daşınmaz əmlak bazarındakı mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi sual altındadır. Ev almaq istəyən vətəndaşlarsa hazırkı vəziyyətdən səmərəli istifadə edərək illərlə mövcud olan mənzil problemlərinə son qoya bilərlər. Təbii ki, pul olan yerdə.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol