• $
  • €
  • ₽
  • ₺
  • £

“Duty free”lərlə bağlı rəsmi açıqlama - FOTO

“Duty free”lərlə bağlı rəsmi açıqlama - FOTO
29.01.2016 20:54
Dövlət Gömrük Komitəsi (DGK) bəyan edir ki, fəaliyyət göstərdiyi ölkədən asılı olmayaraq "Duty free”dən alınan mallar ölkəyə Azərbaycan Respublikasının qanunvericiliyi pozulmaqla gətirildikdə hüquqpozma və ya qaçaqmalçılıq predmetinə çevrilir.

Komitənin mətbuat xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, təkcə 2015-ci ildə Gürcüstanla həmsərhəd Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postu tərəfindən əksəriyyəti "Duty free"dən alınan külli miqdarda spirtli içki və siqaretin gizli saxlanc yerlərində və ya digər qanunsuz yollarla ölkəmizə keçirilməsinin qarşısı alınıb.

DGK bir daha bildirir ki, bu cür malların ölkəyə gətirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin 305 saylı 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən kecirilməsinin guzəştli və sadələşdirilmiş Qaydaları” (bu qaydalara əsasən 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 3 litr alkoqollu içki, 600 ədəd (3 blok) siqaret gətirilə bilər) və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət edilməklə qanuni şəkildə həyata keçirilə bilər. Əks təqdirdə onların gömrük sərhədindən qanunsuz keçirilməsi miqdarından asılı olaraq inzibati, cinayət, eləcə də Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan qaçaqmalçılıq cinayəti üzrə məsuliyyətə səbəb olur.
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol