• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Komissiyası: Azərbaycanı Enerji Birliyinin sıralarında görmək istəyirik

Avropa Komissiyası: Azərbaycanı Enerji Birliyinin sıralarında görmək istəyirik
05.02.2016 16:53
Azərbaycan Energetika Nazirliyində Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaçla görüş keçirilib.

Energetika Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi vurğulanaraq, "Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən və layihənin icrasının uğurlu gedişatından bəhs edilib. Bildirilib ki, neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edir və enerji layihələri icra olunur.

Energetika naziri Natiq Əliyev Azərbaycanın yanacaq-enerji resurslarına olan tələbatını tam ödəyərək neft məhsulları ilə yanaşı qaz, elektrik enerjisinin ixracını da həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda enerji sektorunun əsas prioritetlərindən biri elektrik enerjisi ilə bağlı itkilərin azaldılması və enerji səmərəliliyinə nail olmaqdır. Bu məqsədlə Energetika Nazirliyi tərəfindən hazırlanmış "Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)” və "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı" layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Enerji Birliyinin tövsiyələri və köməyindən bəhrələnmək faydalı olardı.

Y. Kopaç isə enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsinə texniki dəstək göstərməyə, İNOGATE regional enerji proqramı çərçivəsində yeni mərhələdə əməkdaşlığın inkişaf etdirilməsinə və islahatların aparılmasına kömək etməyə hazır olduqlarını bildirib.

Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Birliyində tamhüquqlu və müşahidəçi qismində ölkələrin iştirakı mövzusuna da toxunan Y. Kopaç Azərbaycanı da gələcəkdə bu sırada görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Müzakirələr əsasında gələcəkdə "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Enerji Birliyi arasında Protokol”un imzalanmasına hazırlıq barədə razılıq əldə olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol