• $
  • €
  • ₽
  • ₺
  • £

​Gürcüstan "Şahdəniz"dən qaz tədarükünü artıracağına ümid edir

​Gürcüstan "Şahdəniz"dən qaz tədarükünü artıracağına ümid edir
06.02.2016 10:50
Gürcüstan hökuməti Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Azərbaycandan əlavə həcmdə təbii qaz almağa ümid edir.

"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıya səfərinin yekununa dair açıqlama verən Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Nazir qeyd edib ki, Gürcüstan hökuməti 2011-ci ildən əlavə qaz həcmləri almaq xahişi ilə Cənubi Qafqaz boru kəməri konsorsiumuna müraciət edib, lakin dəfələrlə danışıqlar aparmaq barədə təkliflərinə yazılı şəkildə rədd cavabı alıb.

Kaladzenin sözlərinə görə, hazırda danışıqlar olduqca fəal mərhələdədir, lakin razılaşma hələ ki, əldə olunmayıb. O bildirib ki, əgər Gürcüstan konsorsiumumu razı sala bilsə, boru kəmərinin əlavə qaz həcmi nəql etmək üçün imkanları var.

Onun sözlərinə görə, danışıqlar müsbət nəticələnərsə, Gürcüstanın bu gün Rusiyadan almaq istədiyi qaz həcmlərinə ehtiyac qalmayacaq. Kaladze əlavə edib ki, bu gün söhbət Rusiyadan 300-400 milyon kubmetr qazın alınmasından gedir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol