• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar boks məşqləri təşkil etdi

“Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar boks məşqləri təşkil etdi
09.02.2016 17:39
"Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində "Rabitə” idman klubu ilə birgə yeni sosial layihənin başlanğıcını elan etdi.

 İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində kimsəsiz və aztəminatlı ailələrdən olan 15 azyaşlı üçün "Rabitə” idman klubunda pulsuz peşəkar boks məşqlərinə start verildi.

Aralarında Olimpiya oyunları, dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atmış idmançıların keçirdikləri məşqlər azyaşlıların böyük sevincinə səbəb oldu. Layihə çərçivəsində uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatları və onların məşq zalına gəlmələri üçün nəqliyyat təşkil edildi.

Qeyd edək ki, sosial layihə "Rabitə” idman klubunun "Nar” mobil operatoru tərəfindən sponsorluğu çərçivəsində həyata keçirilir. "Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir. Klubun yetirmələri 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə yüzlərlə medal qazanaraq yüksək nəticələr göstərmişlər.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol