• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəryolservis”: Bakı-Sumqayıt yolunda yaşıl təpəciklər yığışdırılacaq

“Azəryolservis”: Bakı-Sumqayıt yolunda yaşıl təpəciklər yığışdırılacaq
25.02.2016 15:46
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri ilə bağlı son durum açıqlanıb. 

 "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında "Azəryolservis” ASC-nin sifarişi ilə Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” (keçmiş "Azərkörpü”) tərəfindən bərkitmə işləri aparılır.

A.Nəcəflinin sözlərinə əsasən, artıq bu istiqamətdə işlərin 80 faizə qədər icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq.

"Digər tərəfdən, həmin ərazidə yolun Bakıdan-Sumqayıta gedən hissəsində də 5-6 metr uzunluqda, 2 metr enində çatlar yaranıb, yolun müəyyən hissələri deformasiyaya uğrayıb. Bunun da səbəbi yol kənarında yaşıllıq təpəciklərinin salınmasıdır. Həmin yol inşa olunan zaman orada yaşıllıq təpəcikləri olmayıb, həmin təpəciklər sonradan salınıb. Təpəciklər həm də yolun çiyin hissəsində salınıb. Təpəciklərin orada inşa olunması yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb, yolda 5-6 metrlik hissədə çatlar əmələ gəlib”, - deyə A.Nəcəfli qeyd edib.     

O, bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sürüşmə baş verən hissədə, yamacda bərkitmə işlərinin başa çatmasını gözləyirlər.

"Bərkitmə işləri başa çatandan sonra yolun hər iki hissəsində bərpa işləri həyata keçiriləcək. Ümumiyyətlə, yaşıllıq təpəcikləri oradan yığışdırılacaq və yolun bərpası həyata keçiriləcək. Hazırda yolda avtonəqliyyat vasitələrinin hərəkətində heç bir problem və təhlükə yoxdur”, - deyə A.Nəcəfli bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

Xatırladaq ki, yolun kənarında yaşıllıq təpəcikləri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol