• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobillər ucuz qiymətə satılacaq

Bakıda avtomobillər ucuz qiymətə satılacaq
29.02.2016 12:17
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 15-də növbəti hərrac keçirəcək. 

Bu barədə komitədən Oxu.Az-a bildirilib. 

Məlumata görə, martın 15-də keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 7 ədəd avtomobil çıxarılacaq. 

ƏMDK-dan qeyd edilib ki, 2004-cü il istehsalı olan Hyundai Sonata 1907 manata, 2006-ci il istehsalı olan Nissan Maxima 2822 manata, 2005-ci il istehsalı olan Audi A6 L; 6888 manata, 2006-ci il istehsalı olan Nissan Pathfinder 9153 manata, 2007-ci il istehsalı olan Nissan Teana 8790 manata, 2000-ci il istehsalı olan Nissan Maxima 2916 manata, 2006-ci il istehsalı olan UAZ-3741; 2548 manatdan başlayaraq alıcılara təklif olunacaq. 

Komitədən onu da bildiriblər ki, Hyundai Sonata, Nissan Maxima 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Bundan başqa, Audi A6 L, Nissan Maxima 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a).

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Onu da əlavə edək ki, Bakının avtomobil bazarında 2004-cü il istehsalı olann Hyundai Sonata 2880 dollara, 2006-ci il istehsalı olan Nissan Pathfinder 13 500 dollara təklif olunur. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol