• $
  • €
  • ₽
  • ₺
  • £

Komitələrin birində ciddi nöqsanlar aşkarlandı

Komitələrin birində ciddi nöqsanlar aşkarlandı
02.03.2016 18:12
Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparıb.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Audit nəticəsində Komitə və onun tabeliyində olan qurumlar tərəfindən büdcə təkliflərində zəruri amillərin nəzərə alınmadığı, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsaitlərin nəzərdə tutulduğu,  nəticədə auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 7,7%-i istifadə olunmayaraq büdcəyə qaytarıldığı aşkarlanıb.

Bundan başqa, əmək haqqı, mükafat və məzuniyyət haqqının ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiq edilmiş normalardan artıq vəsait xərc edildiyi, bəzi hallarda vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməklə icra olunduğu, ezamiyyə və avtomobil vasitələrinin saxlanılması ilə bağlı normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hədlərə riayət edilmədiyi müəyyən olunub.
 
"Komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilməyib”, - deyə auditor qeyd edib.

İclasda nəzarət tədbirinin nəticələri ilə bağlı Kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub.

Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Kollegiya Qərarının surəti adıçəkilən komitəyə göndərilib,  auditin nəticələri üzrə Milli Məclisə məlumat verilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol