• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən Facebook-a pulsuz çıxış!

“Bakcell”dən Facebook-a pulsuz çıxış!
03.03.2016 10:23
Novruz bayramı ərəfəsində yalnız Bakcell abunəçiləri üçün xüsusi təklif

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir. 1 martdan başlayaraq 31 martadək Bakcell şəbəkəsinə qoşulan hər bir yeni abunəçi Facebook tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş ("prepaid” ) Bakcell SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.

CIN və ya Klass tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud Bakcell abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda nömrənin balansından 0.99 AZN məbləğində birdəfəlik haqq çıxılacaq.

6 ay ərzində Facebook-a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 AZN vəsait yükləmək şərti ilə təqdim edilir.

Facebook -a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaqdır.

"Novruz bayramı baharın gəlişini təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. Azərbaycan Facebook-un fəal istifadəsinə görə dünyada ilk yerlərdən birini tutur. Biz bu kampaniyaya

qabaqcadan, ayın əvvəlindən başladıq ki, insanlar öz hisslərini paylaşmağa indidən başlaya və bu təklifdən tam faydalana bilsinlər”, - deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib. "Biz bilirik ki, bir çox insanlar üçün Facebook əslində "internetdir”. Elə buna görə də biz inanırıq ki, bu təklif Bakcell abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə stimul yaradacaq”,- deyə xanım Toyçeva əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol