• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadın sahibkarlara güzəştlərin tətbiqi təklif edilir

Azərbaycanda qadın sahibkarlara güzəştlərin tətbiqi təklif edilir
03.03.2016 12:58
Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatlarında xanım kredit mütəxəssislərinin sayının çoxalması qadın sahibkarlığın inkişafına dəstək olacaq. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bu gün Bakıda "Qadınların inkişafında mikromaliyyənjn rolu" movzusunda keçirilən mətbuat konfransında bildirib: "Qadın kredit mütəxəssislərinin sayı getdikcə artır. Bu, banklar və bank olmayan kredit təşkilatlarında (BOKT) qadın müştərilərinin sayının artmasına gətirəcək".

"Sahibkar müştərilər arasında qadınlar daha məsuliyyətli sayılır. Problem kredit portfelinin təhlili də bunu aydın göstərir. Qadın müştərilərin çox yaxşı ödəniş tarixçələri var. Həmçinin, xanımlar məsuliyyətli müştəri və əməkdaşdırlar. Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha çox töhvə verə bilər", -deyə S.Kələşov qeyd edib. 

Daha sonra çıxış edən sahibkarlar banklardan əsasən qadın sahibkarlar üçün müəyyən güzəştlərin təqdim olunmasını təklif ediblər: "Hətta bəzi qadınlar dollar krediti ilə bağlı çətin vəziyyətdədirlər. Ona görə banklar həmin qadınlara faiz güzəştləri etsə də, bu, devalvasiya ilə müqayisədə çox cüzidir. Ona görə də bankların həmin çətin durumda olan qadınlara kömək göstərməsi təklif edilir".

S.Kələşov da bu sahədə təkcə bankların deyil, dövlətlə bankın bu sahədə birlikdə işləməli olduğunu deyir. Onun sözlərinə görə, bu sahədə müzakirələr davam edir: "Hesab edirəm ki problem tam olmasa da, qismən həllini tapacaq. Subyektiv fikrimə əsasən, Mərkəzi Bank dollar/manat kreditləşməsində müəyyən tənzimləmə etməli, müəyyən faiz nisbəti, məsələn, 30/70% nisbəti tələbi qoymalıdır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol