• $
  • €
  • ₽
  • ₺
  • £

“İpoteka şərtləri çətinləşəcək” – AÇIQLAMA

“İpoteka şərtləri çətinləşəcək” – AÇIQLAMA
03.03.2016 19:13
""Fitch” beynəlxalq reytinq agentliyinin İpoteka Fondunun reytinqinin aşağı endirməsi, ipoteka şərtlərini yüngülləşdirmək əvəzinə, çətinləşdirəcək” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB”dən "BB+”a endirib. Agentlik Fondun kredit reytinqi üzrə proqnozunu "neqativ” olaraq təsdiq edib. "Fitch” AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.

"Tək İpoteka Fondu yox, SOCAR-ın da reytinqinin düşməsi realdı” – Samir Əliyev



İpoteka Fondunun ipoteka şərtlərinin həyata keçirmək üçün bir neçə mənbələri var: 

1) Dövlət büdcəsi;

2) Yenidən maliyyələşmə;

3) Qiymətli kağızlar; - İpoteka Fondu daxili bazar üçün qiymətli kağızlar buraxıb. Daxili bazarda da banklar tərəfindən təhvil alınırdı.

4) Xaricdən vəsait cəlb etmə; 
 

 

Ekspert Samir Əliyev ANN.Az-a açıqlamasında bildirib ki, "Fitch” Beynəlxalq Agentliyin Azərbaycan İpoteka Fondunun reytinqini aşağı salması yuxarıda sadalanan mənbələrdən birinin vəziyyətinin ağırlaşacağı anlamı deməkdir: "Yəni xaricdən vəsait cəlb etmək Fond üçün çətin olacaq. Ancaq bu o demək deyil ki, "Fitch” agentliyinin reytinqi aşağı salması mümkünsüz idi. Reytinq aşağı endirildi. Sadəcə reytinq yuxarı olanda daha əlverişli şərtlərlə xaricdən borcu daha aşağı faizlərlə cəlb etmək olardı. Fondun reytinqi aşağı salındığına görə, yəqin ki, bir qədər baha resurs cəlb etmək məcburiyyətində qalacaq. Bu isə Fondun ipoteka şərtlərini yüngülləşdirmək əvəzinə daha çox problem yaradacaq. Yəni bu məsələ Fonda xeyli çətinlik törədəcək”.

İqtisadçı reytinqin aşağı salınmasının əsas səbəbi Azərbaycanın dövlət kimi suveren reytinqinin aşağı salınması ilə əlaqədar olduğunu deyib: "Buna da səbəb neftin qiymətinin düşməsi ilə əlaqədar idi. Dövlət olaraq reytinqin aşağı salınması son nəticə olaraq ona gətirib çıxaracaq ki, dövlət qurumlarının reytinqi aşağı düşəcək. Tək İpoteka Fondu yox, misal üçün SOCAR-ın da reytinqinin düşməsi realdır. Səhv etmirəmsə, "Azərenerji”nin də reytinqi aşağı salınıb. Hansı qurumların reytinqi var, onların reytinqinin aşağı endirilmə şansı çoxdur”.    

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol