• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji”nin SOCAR-a olan borcunun məbləği açıqlandı

“Azərenerji”nin SOCAR-a olan borcunun məbləği açıqlandı
03.03.2016 20:23
"Azərenerji” ASC-nin SOCAR-a olan borcunun məbləği və borcunu ödəyə bilməməsinin səbəbləri açıqlanıb.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2015-ci ildə baş vermiş devalvasiya "Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb.

Məlumata əsasən, bu da "Azərenerji”nin digər öhdəliklərinin icrasında problemlərə, xüsusilə yanacağa görə SOCAR-a ödənişlərinin azalmasına səbəb olub.
 
"Qeyd olunanları nəzərə alaraq elektroenergetika müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması, "Azərişıq” ASC-nin alınmış elektrik enerjisinə görə "Azərenerji” ASC-yə, "Azərenerji” ASC-nin yanacağa görə, Dövlət Neft Şirkətinə yaranmış borclarının tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 514 s nömrəli sərəncamına əsasən büdcə ssudası ayrılıb, 2016-2025-ci illər üçün "Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, aparılan tənzimləmələr və ödənişlər nəzərə alınmaqla 01.01.2016-cı il tarixə "Azərişıq” ASC-nin "Azərenerji” ASC-yə borcu 49,6 milyon manat, "Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib”, - deyə hesabatda vurğulanıb.
 
Qeyd edək ki, dövlət zəmanətli kreditlər və onların faizləri "Azərenerji” ASC-nin maliyyə imkanları hesabına ödənilir və 2015-ci ildə bu məqsədlə 226,9 milyon manat, o cümlədən 192,5 mln. manat əsas məbləğ, 34,4 mln. manat faiz borcu ödənilib. Ümumilikdə 01.01.2016-cı il tarixə "Azərenerji” tərəfindən 2 mlrd. manatdan artıq (1,6 mlrd. əsas məbləğ, 0,4 mlrd. manat faiz) kredit borcu qaytarılıb.   

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol