• $
  • €
  • ₽
  • ₺
  • £

Bəkir Çobanzadə küçəsi təmirə bağlandı – FOTOLAR

Bəkir Çobanzadə küçəsi təmirə bağlandı – FOTOLAR
10.03.2016 17:14
Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işlərinə start verilib.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir.

Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır, köhnə səki daşları sökülür. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçiriləcək.

Ümumilikdə 2 qat olmaqla 11 min kvadrat metr sahə asfaltlanacaq. Küçə boyu 1600 p/m yeni səki daşı düzüləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.

Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir işlərinin aparıldığı ərazidə 4 xüsusi "cib”li dayanacaq tikiləcək. "Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metr olacaq.

Küçənin bu hissəsində işlər yekunlaşdıqdan sonra Babək prospektinə qədər olan ərazinin də təmiri aparılacaq.

Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq və qısa müddətlik məhdudlaşdırılacaq.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol