• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar və avro sürətlə ucuzlaşmağa başladı

Dollar və avro sürətlə ucuzlaşmağa başladı
10.03.2016 20:02
Avropa Mərkəzi Bankı (AMB) İdarəetmə Şurasının bu gün keçirdiyi iclasında uçot dərəcəsinin 0,05%-dən 0%-dək endirilməsi barədə qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, AMB həmçinin depozitlər üzrə faiz dərəcəsinin -0,4%-dən -0,3%-dək endirilməsi barədə qərar qəbul edib.

Bu gün keçirilən iclasa qədər hesab edilirdi ki, AMB yalnız depozitlər üzrə faiz dərəcəsini aşağı salacaq. Uçot dərəcəsinin isə 0%-dək endirilməsi bazar iştirakçıları üçün gözlənilməz olub.

Bu qərardan dərhal sonra dollar, avro və qızıl sürətlə ucuzlaşmağa başlayıb. Avropa Mərkəzi Bankı son aylar bazarda aktivləri almaqla iqtisadiyyatın stimullaşdırılması proqramını həyat keçirir.

Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov ANS PRESS-ə bildirdi ki, Avropa Mərkəzi Bankının uçot dərəcəsini bu səviyyədə endirməsində məqsəd avronun müəyyən qədər ucuzlaşdırmaqdan ibarətdir: "Bu məsələ bir neçə ildir ki, müzakirə edilir. Burada əsas məqsəd Avropa Birliyinə daxil olan ölkələrdə ixracı stimullaşdırmaqdan ibarətdir".

Sabiq maliyyə nazirinin sözlərinə görə, uçot dərəcəsinin 0%-ə endirilməsi manat-avro münasibətlərinə də təsir edəcək: "Avro manat qarşısında müəyyən qədər ucuzlaşacaq".

Dekabr ayında depozitlər üzrə faiz dərəcəsi 02%-dən 03%-dək qaldırılmışdı. Bu qərar isə dollar və avronun dünya birjalarında sürətlə bahalaşmağına səbəb olmuşdu. Lakin yanvarın sonlarında AMB rəhbəri Mario Draqi vəd verdi ki, iqtisadiyyatın stimullaşdırma proqramına baxacaq.

Dollar dünya birjalarında sonuncu dəfə ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq barədə qərar qəbul etməsindən sonra başlayıb. Ötən il dekabr ayının 16-da FES uçot dərəcəsini baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb.

Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Son dəfə uçot dərəcəsi 2006-ci ildə qaldırılmışdır. FES-in bu qərarından sonra Azərbaycan milli valyutası ikinci dəfə devalvasiyaya uğrayıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol