• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siqaretin nağd pulla topdansatışı qadağan edildi

Azərbaycanda siqaretin nağd pulla topdansatışı qadağan edildi
11.03.2016 17:35
Vergilər Nazirliyi məsələyə münasibət bildirib.

Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur. Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb.

Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil:

"Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunmayıblar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər. 

Yaranmış vəziyyət bazara real təhlükədir. Belə ki, bazarda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayı kifayət qədər artacaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, dövlət büdcəmiz də ziyan çəkəcək. Distributorlar bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıdır”.

Vergilər Nazirliyindən bildirilib ki, bu məsələ iki gün əvvəl sahibkarlarla baş tutan görüşdə müzakirə olunub.

Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirib: 

"Biz bir tərəfdən şəffaflığı, yoxlamaların sayının azalmasını istəyirik, digər tərəfdən dünyanın qəbul etdiyi hesablaşma metodundan istifadə etmək istəmirik. Bu məsələdə tütün məmulatları və spirtli içkilər sadəcə test xarakteri daşıyan bir istiqamət idi.

Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Ödənişlərin nağd olması həddindən artıq yoxlamalara gətirib çıxarır. Sahibkarlar fəaliyyətlərinin 70-80%-ni nağd əməliyyatlarla edirlər. 

Dövlət miqyasında bu boyda nağdsız əməliyyatlara nəzarət etmək həqiqətən çətindir. Biz birgə uçot sisteminin təkmilləşdirilməsi, nağdsız əməliyyatların artırılması istiqamətində çalışmalıyıq. Nağd əməliyyatlar bazarda rəqabət mühitini pozur.

Nağdsız işləyən, müasir uçot standartlarını tətbiq edən mağazalar, sahibkarlar bizə davamlı olaraq qanunsuz ticarətin, nağd aparılan ticarətin rəqabət mühitinə necə ağır zərbə vurduğundan şikayət edirlər.

Nağd əməliyyatlara nəzarət artan kimi, bir qrup insanlar deyir ki, bu, satışa çətinlik yaradır. Mənə elə gəlir ki, sahibkarlar burada mütəşəkkillik göstərməlidir, qanuni fəaliyyət göstərməyin zövqünü yaşamalıdır. Nağd əməliyyatlar dünyanın hər yerində vergidən yayınma riski çox böyük əməliyyatlardır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol