• $
  • €
  • ₽
  • ₺
  • £

Silk Way West Airlines Avropa və Asiyanı birləşdirdi

Silk Way West Airlines Avropa və Asiyanı birləşdirdi
18.03.2016 18:18
Silk Way West Airlines aviaşirkəti ilk dəfə olaraq Cənub-Şərqi Asiyaya birbaşa reyslər yerinə yetirməyə başlamışdır. Müvafiq memorandumu Azərbaycanın yük aviadaşıyıcısı Silk Way West Airlines və Malayziyanın MAB Kargo Sdn Bhd şirkəti imzalayıb.

Silk Way West Airlines aviaşirkətinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, şirkətlər dünyanın müxtəlif bölgələrində bir-birinin hava gəmiləri parklarından istifadə edəcəklər. Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Kuala-Lumpur - Amsterdam marşrutu üzrə həftədə iki dəfə yerlərin ehtiyatda saxlanması haqqında müqavilə hər iki aviadaşıyıcı arasındakı strateji tərəfdaşlığı nəzərdə tutur.

Həftəlik reyslərin hər cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən MAB Kargo şirkətinin İcraçı Direktoru, cənab Əhməd Lukman Mohd Azmi qeyd edib: "Bizim Asiyada geniş şəbəkəmiz var və Silk Way West şirkəti bizimlə birlikdə öz üfüqlərini genişləndirə bilər. Belə ki, biz Airbus A330-200F yük hava gəmilərimiz ilə həm Asiya, həm də Avstraliya bazarlarına xidmət göstəririk. Silk Way West şirkəti isə Boeing 747-800 yük hava gəmilərindən ibarət olan gənc təyyarə donanması ilə Avropada, Şimali və Cənubi Amerikada ən azı on beş təyinat məntəqəsi təklif edərək bizə qərb istiqamətinə çıxmaq imkanı yaradacaq".

Silk Way West Airlines şirkətinin İcraçı Direktoru cənab Kamran Qasımov salamlama nitqində bildirib: "Yerlərin ehtiyatda saxlanmasına dair sazişə əsaslanaraq, bu tərəfdaşlıq hər iki aviaşirkətə bir-birilərini öz qlobal şəbəkələri vasitəsilə bir-birinin texniki gücündən yararlanmaq imkan verəcək. Biz Cənub-Şərq regionunda öz şəbəkəmizi genişləndirməyə və dəyişən bazar tələbatını ödəməyə davam edəcəyik. Azərbaycan düzgün inkişaf yolundadır və dünya miqyaslı mükəmməl tranzit mərkəzinin fəaliyyəti üçün zəruri olan bütün komponentlər kompleksinə malikdir. Azərbaycanın inkişaf etmiş hava nəqliyyatı şəbəkəsi, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi istənilən istiqamətə istənilən yükün səmərəli daşınması üçün istifadə oluna bilər".

Silk Way West Airlines aviaşirkətinin 7L434 reys nömrəli ilk bortu Amsterdamdan təxminən 100 ton yüklə martın 17-də yerli vaxtla saat 16:30-da Kuala Lumpura enib. MAB Kargo əks istiqamətdə reys üçün Kuala Lumpur Beynəlxalq Hava Limanından Amsterdamın Schiphol Hava Limanına 80 tondan çox yükün daşınması sifarişi alıb.

Bununla da, Malayziyanın paytaxtı yeni cədvəl üzrə dünyanın 19 ölkəsinə reyslər yerinə yetirən Silk Way West Airlines yük aviadaşıyıcısının Asiyaya 7-ci istiqaməti oldu. Qədim İpək Yolu marşrutunu təkrarlayaraq bu gün müasir avialaynerlər vasitəsilə Şərqi - Şanxay, Honq Konq, Almatı, Bişkek, həmçinin Seulu Avropa - İstanbul, Frankfurt, Milan, London, Kiyev və dünyanın digər əsas hava limanları ilə birləşdirən uçuşlar yerinə yetirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol