• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 1 milyard dollarlıq istiqrazları satıb

Azərbaycan 1 milyard dollarlıq istiqrazları satıb
24.03.2016 13:49
Azərbaycanın "Cənub Qaz Dəhlizi" şirkəti 10 illik istiqrazlarını 1 milyard dollara satıb, - Azərbaycanın maliyyə Nazirliyindən bildirilib.

"Azərbaycan Cənub Qaz Dəhlizi" istiqrazına tələbat ABŞ və Böyük Britaniyadan olan investorlar tərəfindən təmin olunub" - nazirlikdən bildirilib.

"Marja" xəbər veri ki, istiqrazlar Azərbaycanın suveren istiqrazlarından 80 bazis bəndi yuxarı, 6.875 faiz kuponu ilə satılıb.

Xatırladaq ki, Maliyyə Nazirliyi 19 Mart 2016-cı il tarixində yaydığı açıqlamda, 2016-cı il 17 mart tarixlərində "Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan və Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə Böyük Britaniya və ABŞ-da investorlar üçün keçirilən təqdimatların uğurla başa çatdığını bildirmişdi.

"Böyük Britaniya və ABŞ-da keçirilən təqdimatlarda nüfuzlu investorların Azərbaycana böyük diqqəti bir daha təsdiqlənmiş, bunun ifadəsi kimi "Cənub Qaz Dəhlizi" QSC tərəfindən ilk 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların buraxılışına ciddi maraq nümayiş olunmuşdur",- məlumatda deyilirdi.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

"Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

"Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. "Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

Mənbə: Reuters

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol